29 yanvar 2026 16:23
147

Paşinyan: Ermənistan və Azərbaycanın izafi elektrik enerjisi beynəlxalq bazarlara potensial çıxış imkanı yaradır

"Ermənistanda və Azərbaycanda izafi elektrik enerjisi beynəlxalq bazarlara potensial çıxış imkanı yaradır".

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib.

"Bu o deməkdir ki, Ermənistan Azərbaycanın elektrik şəbəkəsindən tranzitdən istifadə edə biləcək, Azərbaycan isə Naxçıvana təchizat da daxil olmaqla, Ermənistanın elektrik şəbəkəsindən tranzit üçün yararlana biləcək", - o bildirib.

Baş nazir hesab edir ki, Ermənistanın enerji ixrac potensialı hansısa səbəbdən reallaşmasa belə, ən azından ölkə tranzitdən gəlir əldə edəcək.