29 yanvar 2026 23:44
117

Azərbaycanın hava məkanı və ya ərazisi İrana qarşı hücumlar üçün istifadə edilməyəcək - RƏSMİ

Azərbaycan Respublikasının hava məkanı və ya ərazisi qonşu İrana qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon danışığı zamanı deyib.

Nazir bütün tərəflərin İranda və onunda ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib.

Azərbaycanın onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulanıb.