Qarabağ və Şərqi Zəngəzurda DOST şəbəkəsi genişləndirilir.
“İki sahil” xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2025-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, artıq işğaldan azad edilmiş ərazilərdə DOST şəbəkəsinin fəaliyyəti üçün işlər görülür:
"Son illərdə Şuşada, Tərtərdə filiallar, Kəlbəcərdə, Füzulidə Xidmət məntəqələri, Zəngilanın Ağalı kəndində smart DOST tipli xidmət köşkü istifadəyə verilib. Digər regionlar üzrə də işlər davam etdirilir".