30 yanvar 2026 12:57
114

Norveç WUF13-də yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunacaq

Norveç Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri Andreas Qaarderi Prezident İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib.

Qeyd edək ki, WUF13 konfransı 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Tədbir çərçivəsində ilk dəfə olaraq Liderlər Sammiti təşkil olunacaq.