30 yanvar tarixində Gürcüstanın Poti Limanında “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC-nin rəhbər heyətlərinin iştirakı ilə Poti–Bakı ekspres blok-qatarının yola salınması mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə yeni ekspres qatarının işə salınmasının əhəmiyyəti qeyd olunub və bildirilib ki, bu xidmət sayəsində yük sahibləri yalnız vaxtlarına deyil, həm də terminalda yük və boş konteynerlərin saxlanması kimi xərclərə qənaət edə biləcəklər.
Poti–Bakı marşrutu üzrə işləyəcək blok-qatar Qara dəniz limanlarını Azərbaycanın liman və terminalları ilə birləşdirəcək, eyni zamanda, yük sahiblərinə Potidən Bakıya və geriyə müəyyən edilmiş vaxtlarda, heç bir gecikmə olmadan konteynerlər əldə etməyə imkan verən sadələşdirilmiş logistika xidmətidir.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib