Pakistan Baş nazirinin müavini - xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı X.Xələfov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) Azərbaycanın sədrliyi çərçivəsində həyata keçirilən və planlaşdırılan təşəbbüslər barədə məlumat verib.
M. İshaq Dar Pakistanın CICA-da Azərbaycanın liderlik roluna, eləcə də regional əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqinə yönəlmiş səylərinə tam dəstək verdiyini bir daha vurğulayıb.
Tərəflər həmçinin iki qardaş ölkə arasında ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Rusiya TRIPP layihəsinə qoşulmaq imkanını nəzərdən keçirməyə hazırdır - Zaxarova
ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin heyəti Azərbaycana gəlib
Dövlət Statistika Komitəsinin nümayəndə heyətinin Vyetnama səfəri başa çatıb - FOTO
Bir qrup şəxsə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib - SƏRƏNCAM