31 yanvar 2026 12:21
101

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: İnsanları donor olmağa çağırıram

Qafqazda ilk ürək transplantasiyası icra edilən şəxs insanlara donor olmaqla bağlı çağırış edib.

Ürək transplantasiyası icra edilən pasiyent Rəşad Məmmədəliyev bu çağırışı "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada səsləndirib.

O, əməliyyatdan sonra səhhətinin yaxşı olduğunu vurğulayıb:

"Əməliyyatdan sonra normal həyatıma davam edirəm. Hər şey yaxşıdır. Ümid edirəm ki, bütün xəstələr tezliklə şəfa tapar".

Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.

"Report"