Ürək transplantasiyası təsadüfi hadisə deyil, illər ərzində mərhələli və məqsədyönlü şəkildə həyata keçirilən sistemli islahatların nəticəsidir.
“İki sahil” xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Bakıda keçirilən “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, 2008-ci ildən etibarən Azərbaycanda orqan transplantasiyası əsasən canlı donorlardan icra olunub və bu sahədə mühüm təcrübə formalaşıb: “Meyit donordan orqan transplantasiyasına keçid isə yalnız hüquqi, institusional və tibbi baza formalaşdırıldıqdan sonra mümkün olub”.
Onun sözlərinə görə, 2020-ci ildə “Orqan transplantasiyası haqqında” yeni qanunun qəbul edilməsi bu sahədə fəaliyyətin hüquqi əsasını yaradıb və sonrakı bütün mərhələlərin başlanğıc nöqtəsi olub.
Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib
Yeganə Abbasova: Ürək transplantasiyası üçün ölkədə vahid rəqəmsal sistem qurulub
Kamran Musayev: İl ərzində meyit donordan ürək transplantasiyaları planlaşdırılır