31 yanvar 2026 12:57
101

Kamran Musayev: İl ərzində meyit donordan ürək transplantasiyaları planlaşdırılır

İl ərzində meyit donordan ürək transplantasiyaları planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri professor Kamran Musayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, uzun illər ərzində Mərkəzi Klinikada bu əməliyyatları icra etmək üçün hazırlaşılıb və artıq buna proqram şəklində başlanılıb:

"Yəni bu, davamlı bir proqram olacaq. Artıq bildiyiniz kimi, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinə bu əməliyyata ehtiyacı olan xəstələri göndəririk, onlar rəsmi qeydiyyata düşürlər və hazırda gözləmə siyahısında olan xəstələrimiz mövcuddur".