Milli Hidrometeorologiya Xidmətinin (MHX) yanvarın 31-i saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur, bəzi yerlərdə isə cənub-qərb küləyi əsir.
“İki sahil” MHX-yə istinadla xəbər verir ki, küləyin maksimal sürəti Kəlbəcərdə 20, Lerik, Şamaxı və Qobustanda 19, Yardımlı, Zəngilan və Daşkəsəndə 18, Cəbrayılda 17 m/s-dək güclənir.
Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Şabran, Yevlax, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Astarada duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib
Yeganə Abbasova: Ürək transplantasiyası üçün ölkədə vahid rəqəmsal sistem qurulub
Kamran Musayev: İl ərzində meyit donordan ürək transplantasiyaları planlaşdırılır