Misli Premyer Liqasının 18-ci turunda “Zirə” “Sabah”ı qəbul edib.
“İki sahil” yazır ki, oyunun 10-cu dəqiqəsində Velko Simiç hesabı açıb. 22-ci dəqiqdə İvan Lepiniça “Sabah”ın ikinci qolunun müəllifi olub. 27-ci dəqiqədə isə Xəyal Əliyev komandasının üçüncü qolunu vurub.
83-cü dəqiqədə Davit Volkov buraxılan qollardan birinin əvəzini çıxıb – 1-3.
Qarşılaşma bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
18-ci tur
31 yanvar (şənbə)
17:00. “Zirə” 1-3 “Sabah”
Qollar: Velko Simiç, 10 (0-1), İvan Lepiniça, 22 (0-2), Xəyal Əliyev, 27 (0-3), Davit Volkov 83 (1-3)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Rəhman İmami
Zirə İdman Kompleksinin stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”