31 yanvar 2026 19:26
102

Kəmər dərəcələri üzrə ilin ilk rəsmi imtahanı keçirilib

Yanvarın 31-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə ilin ilk rəsmi imtahanı keçirilib.

“İki sahil” xəbər verir ki, imtahanda 505 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.