Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü E.Bağırov bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb. 32 yaşlı kişiyə yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, 32 yaşlı kişi kənd ərazisində yerləşən kafelərin birində bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
“Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması” proqramına start verilib
Hadrut qəsəbəsində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır