Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib olunması qaydası haqqında təlimatda dəyişiklik edilib.
“İki sahil” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla təlimata əlavə edilən yeni hissəyə görə, sığortaolunanın xəsarət nəticəsində əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı tibb müəssisəsi tərəfindən hüquq mühafizə orqanına məlumat verildiyi hallarda bu barədə xəstəlik vərəqəsində müvafiq qeyd aparılacaq.