03 fevral 2026 11:35
120

Səbuhi Qəhrəmanov: "Gənclər Azərbaycanın qazandığı uğurların davamı üçün təşəbbüs göstərməlidir"

Azərbaycanın inkişafında gənclərin rolu böyükdür.

“İki sahil” xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Azərbaycan Gənclərinin XI Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın qazandığı uğurların qorunması və davam etdirilməsində gənclər təşəbbüs göstərməlidir:

"İstər tibb, istərsə də elm sahəsində inkişaf etmək üçün gənclərə ehtiyac var. Çüni gənclərimiz daim inkişafa və öyrənməyə açıqdırlar. Bu səbəbdən Azərbaycanın gələcəyi parlaqdır".

S.Qəhrəmanov eyni zamanda Xankəndidə sistemli şəkildə gedən abadlaşma işlərini diqqətə çatdıraraq gənclərin inkişafı üçün yaradılan əlverişli şəraitdən danışıb.