Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 7–8 fevral tarixlərində Fransanın paytaxtı Parisdə Böyük Dəbilqə turniri keçiriləcək.
“İki sahil” xəbər verir ki, Azərbaycan nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq.
İki gün davam edəcək turnirdə 82 ölkədən 526 idmançı mübarizə aparacaq.