Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ) tərəfindən yanvar ayı ərzində ittifaq üzvləri üçün sanatoriya və müalicə mərkəzlərinə yollayışlardan istifadə imkanı yaradılıb.

“İki sahil” xəbər verir ki, ümumilikdə 216 nəfər təhsil işçisi yollayışla təmin olunub, 449 nəfər isə ailə üzvləri ilə birlikdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində fəaliyyət göstərən sanatoriya və müalicə mərkəzlərində istirahət edib.
Yanvar ayı ərzində ilk həmkarlar təşkilatlarının sədrləri üçün təşkil olunan proqram çərçivəsində 44 nəfər ailə üzvləri ilə birlikdə olmaqla ümumilikdə 92 nəfər 3 günlük müalicə paketindən yararlanıb.
Bununla yanaşı, ötən ay rayon və şəhər komitələrinin təşkil etdiyi ekskursiyalara 165 nəfər ittifaq üzvü cəlb olunub.
Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində yanvar ayında xidmət səviyyəsi 90 faizi ötüb
"ASAN xidmət" innovasiya idarəetməsində beynəlxalq standartların tətbiqini davam etdirir