"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Bərdə" gəmi-bərəsinin təmiri uğurla başa çatıb.
“İki sahil” xəbər verir ki, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan proses çərçivəsində gəmi üzrə gövdə-qaynaq, boruquraşdırma, elektrik işləri yerinə yetirilib, buxar qazanı, sukeçirməyən qapılar yenilənib. Bundan başqa, göyərtə kranlarının mexaniki və elektrik hissələri, lokomativ-avtovazlar sazlanıb.
Bərənin suüstü hissəsi və vaqon göyərtəsi təmizlənərək ikiqat rənglənib. Həmçinin heyətə məxsus yaşayış və xidməti otaqlar, sanitar-məişət yerləri təmir edilib.
Təmirdən sonra yenidən istismara qaytarılan gəmi ilk reysində Türkmənistanın Türkmənbaşı limanına 32 vaqon və 12 qoşqu çatdırıb.
Qeyd edək ki, uzunluğu 154, eni 17 metr olan gəminin maksimal sürəti 12,5 uzeldir. Bərənin dedveyti 5 500 tondur.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib