Azərbaycanın bu il yanvarın 1-nə 4 milyard 813,5 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 85,7 %-i elə dollarda olub.
“İki sahil” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumay yayıb.
Məlumata görə, borcun tərkibində avro 6,4 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,2 %, yapon yeni 3,1 %, digər valyutalar isə 1,6 % paya malik olub.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 49,5 %-ni, sabit dərəcə ilə olanlar isə 50,5 %-ni təşkil edib.
Xarici dövlət borcunun 58,2 %-i 5 ilə qədər olan müddətdə, 36,1 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,7 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Mövcud kredit müqavilələri vəavrobondlar üzrəgeri ödəniş qrafiklərinəuyğun olaraq xarici dövlət borcunun Orta ÖdəməMüddətinin göstəricisi 5,1il təşkil edir.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib