04 fevral 2026 10:42
163

Azərbaycan millisinin sabiq üzvü Finlandiya millisindən təklif alıb

Futzal üzrə Azərbaycan millisinin sabiq üzvü Elvin Quliyev Finlandiya millisindən təklif alıb.

“İki sahil” xəbər verir ki, məşqçi kurslarını Finlandiya Futbol Federasiyasında keçən və yekunda UEFA-nın B lisenziyasını alan mütəxəssis bu ölkənin futzal üzrə əsas millisinin baş məşqçisi vəzifəsinə namizəddir.

Skandinaviyalılar E.Quliyevə müraciət edərək özü ilə bağlı məlumatları federasiyanın namizədlər üçün yaradılmış bölməsinə yerləşdirməsini xahiş ediblər.

Seçimlərin nəticəsi yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, Elvin Quliyev "Turan AİR", "Asfarma", TT, "Neftçi" İSM, "Əmrahbank", "Baku Fire", "İtaldizayn" klublarının formasını geyinib, Azərbaycan çempionu olub və ölkə kubokunu qazanıb. O, müxtəlif illərdə Azərbaycan millisinin heyətində də çıxış edib.