Bu il iyunun 1-dən etibarən identifikasiya nömrəsi ilə elektron ticarət bəyannamələri yazmaq mümkün olmayacaq.
“İki sahil” xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsi tərəfindən “Smart customs” saytından və mobil tətbiqindən istifadə edən vətəndaşlara xəbərdarlıq bildirişi göndərilib.
Belə ki, əvvəllər şəxsiyyət vəsiqəsinin FİN kodu ilə sayta və tətbiqə daxil olmaq mümkün idisə, artıq bunun üçün identifikasiya nömrəsi yetərli deyil: “2026-cı il 1 iyun tarixindən identifikasiya nömrəsi (FİN və parol) ilə “SmartCustoms” və “e.customs.gov.az” sistemlərinə daxil olduqda “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə mümkün olmayacaq. Bu xidmətdən “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR” vasitəsilə istifadə etmək mümkün olacaq. Qeyd olunan tarixdən sonra malların bəyan edilməsi üçün “Asanİmza” və ya “SİMA” elektron imzasını əvvəlcədən əldə etməyiniz tövsiyə olunur”.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib