Azərbaycan və Ermənistan ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.
“İki sahil” xəbər verir ki, bu razılıq Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə əldə olunub.
Məlumatda qeyd olunub ki, tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər.
Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər.
Azərbaycan–Pakistan ədəbi əlaqələrinə həsr olunmuş kitabların təqdimatı keçirilib
YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur - Vüqar Rəhimzadə