04 fevral 2026 14:10
108

Cəlilabadda qardaşının övladlarını baltalayan əmi ölüb

Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayaraq öldürməkdə təqsirləndirilən Ə. Nağıyev ölüb.

“İki sahil” xəbər verir ki, təqsirləndirilən şəxs dünən gecə saatlarında vəfat edib.

Onun ölüm səbəbi araşdırılır.

Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılıb.

Onu da qeyd edək ki, xəbərlə bağlı ilk məlumatı "qafqazinfo" yayıb.