İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kazemiro karyerasını ABŞ-də davam etdirə bilər.

“İki sahil” "Daily Mail"ə istinadla xəbər verir ki, "Los-Anceles Qelaksi" 33 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Onun "qırmızı şeytanlar"la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır. O, artıq komandadan ayrılacağını təsdiqləyib.
Qeyd edək ki, Kazemiro 2022-ci ildən "Mançester Yunayted"də çıxış edir.
Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çelenc Kubokunun oyununa təyinat alıb