04 fevral 2026 20:13
93

Şərurun dağlıq ərazisində biotexniki tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şərur rayonunun dağlıq ərazisində çöl heyvanlarının qida maddələrinə olan təlabatının qismən ödənilməsi məqsədilə biotexniki tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, tədbir çərçivəsində çöl heyvanlarının sıx məskunlaşdığı, eyni zamanda, qalın qar örtüyünün müşahidə olunduğu "Billava" adlanan əraziyə 30 kip qaba yem və 150 kiloqram daşduz dağıdılıb.

Fauna ehtiyatlarının mühafizəsi və artırılması məqsədilə keçirilən biotexniki tədbirlərin zərurət yarandığı digər ərazilərdə də davam etdirilməsi nəzərdə tutulur.