Fransa Silahlı Qüvvələri 2026-cı ildə ümumi dəyəri 42 milyard avro olan silah sifarişləri verməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Məlumata görə, Fransa Silahlanma üzrə Baş İdarəsinin (DGA) rəhbəri Patrik Payu planlaşdırılan sifarişlərin miqyasına diqqət çəkərək bildirib: “Biz heç vaxt bu qədər sifariş verməmişik”.
BFMTV-nin qeyd etdiyi kimi, əsas sifarişlər sursatlara, xüsusilə Meteor və AASM raketlərinə, eləcə də Griffon, Serval və Jaguar tipli zirehli maşınlara aid olacaq. Bundan başqa, orta müddətli perspektivdə yeni freqat üçün sifarişlərin verilməsi və Rafale qırıcılarının modernləşdirilməsi ilə bağlı müqavilələrin bağlanması nəzərdə tutulur.
Telekanal əlavə edir ki, 2025-ci il üçün ən iri sifarişlər sırasında yeni nəsil təyyarədaşıyan gəmi (PANG) layihəsi üzrə işlərin başlanması, həmçinin sualtı qayıqlarda yerləşdirilən M51 ballistik raketlərinin modernləşdirilməsi proqramı yer alır.