Azərbaycan daim dialoqun, çoxtərəfli əməkdaşlığın, beynəlxalq məsələlərin diplomatik və siyasi yollarla nizamlanmasının fəal tərəfdarı kimi çıxış edir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda "Qoşulmama Hərəkatı Gənclər Həftəsi"ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hətta ən mürəkkəb məsələlər dialoq və diplomatiya vasitəsilə həll edilə bilər.
Y.Rəfiyev qeyd edib ki, Azərbaycanın körpülər quran və vasitəçi kimi çıxış edən ölkə olaraq hazırkı rolu, o cümlədən 2025-ci ildə Bakıda COP29-un keçirilməsi zamanı aydın şəkildə özünü göstərib.
O xatırladıb ki, bir çoxları inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı dərin fikir ayrılıqlarını nəzərə alaraq, Bakıda iqlim maliyyələşdirilməsi üzrə konkret və ambisiyalı qərarların qəbul edilməsi imkanına şübhə ilə yanaşırdı.
Kamran Əliyev: Son dövrlər prokurorluğa qəbul olan hüquqşünasların kriminalistik bilikləri çox aşağıdır
Azərbaycan Mərkəzi Asiya və Fars körfəzi arasında əlaqələndirici həlqə olmaq niyyətindədir