05 fevral 2026 12:15
147

Azərbaycan üçün "Temu", "Trendyol", "Aliexpress" məhsulları BAHALAŞACAQ

Milli Məclisdə müzakirə olunan Vergi Məcəlləsinə dəyişikliyə əsasən, Azərbaycan vətəndaşlarına elektron ticarət yolu ilə xidmət göstərən qeyri-rezidentlərin illik dövriyyəsi 10 000 ABŞ dollarını keçərsə, onlar 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdırlar.

“İki sahil” xəbər verir ki, illik dövriyyəsi 10 000 dollardan az olan qeyri-rezidentlər üçün uçota alınma könüllüdür.

Qanun elektron ticarət fəaliyyətinə şamil edilir. Dəyişikliklər qəbul ediləcəyi təqdirdə, Temu və Trendyol, Shein, Alibaba və s. bu kimi platformalarda satılan məhsulların qiymətlərində artım müşahidə oluna bilər. Belə ki, qanun qəbul olunarsa, bu elektron ticarət platformaları vergi uçotuna alınacaq,  ƏDV qeydiyyatı aparacaq, elektron bəyannamə təqdim edəcək və ƏDV-ni özü hesablayıb ödəyəcək.

Lakin məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn, mühəndislik, onlayn tədris və təlim xidmətləri, eləcə də mədəni, idman və əyləncə tədbirlərinə onlayn bilet satışı bu tənzimləməyə daxil edilmir. Qeyri-rezidentlərin vergi uçotu, ƏDV qeydiyyatı, bəyannamə təqdimatı və ƏDV-nin ödənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.