05 fevral 2026 12:45
109

Şamaxıda dəm qazı faciəsi

Şamaxı rayonunda dəm qazından zəhərlənmə baş verib.

“İki sahil” xəbər verir ki, hadisə nəticəsində bir ailənin üç üzvü - ana və iki övladı zəhərlənmə şübhəsi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Zəhərlənən şəxslərə dərhal tibbi yardım göstərilib. Hazırda onların vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.