Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.
“İki sahil” xəbər verir ki, hökmə əsasən təqsirləndirilən şəxs Davit İşxanyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.
Ermənistan vətəndaşlarının məhkəməsində daha 7 nəfər təqsirləndirilən şəxs müxtəlif müddətlərə azadlıqdan məhrum edilib
Fransa müstəmləkə ərazilərində yerli əhalini torpaqlarından çıxmağa məcbur edir
Sabir Şahtaxtının “Yosun Ətri” əsəri ümumtürk romanı olmaqla bərabər təhsilin əhəmiyyətinin bədii inikası