05 fevral 2026 14:51
120

ABŞ-nin Bakıdakı səfirliyi DÇ-2026-ya bileti olan şəxslər üçün viza proseduru ilə bağlı görüş təşkil edəcək

ABŞ-nin Azərbaycandakı səfirliyi 2026-cı il futbol üzrə dünya çempionatına biletləri olan şəxslərin viza müsahibəsinə prioritet qeydiyyat həyata keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"FIFA Dünya Kuboku 2026 oyunlarını izləmək məqsədilə bu il ABŞ-yə səfər edəcək bilet sahibləri üçün xoş xəbər - ABŞ vizası üçün prioritet görüş imkanı təqdim edirik! Əgər bileti birbaşa FIFA-dan almısınızsa, indi FIFA PASS proqramına qoşula bilərsiniz", - səfirliyin məlumatında bildirilib.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı 2026-cı ilin iyun-iyul aylarında ABŞ, Meksika və Kanadanın 16 şəhərində keçiriləcək. Matçların əksəriyyəti ABŞ-də oynanılacaq.