“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Ekoloji məsələlər” üzrə işçi qrupun iclası keçirilib. İclasda Strategiyanın “Yüksək keyfiyyətli ekoloji mühit” məqsədi üzrə 2025-ci ildə görülmüş işlər müzakirə olunub.
“İki sahil” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində təşkil olunan iclasda İşçi qrupun sədri, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Strategiyanın tədbirlər planına uyğun olaraq il ərzində görülmüş işlər və icrası nəzərdə tutulan layihələr barədə məlumat verib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Təranə Salıfova hesabat dövründə icra olunmuş, həmçinin icrası davam edən tədbirlər barədə iştirakçıları məlumatlandırıb.
Daha sonra İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov “Yüksək keyfiyyətli ekoloji mühit” məqsədi üzrə ilin yekunlarına dair monitorinq və qiymətləndirmə hesabatını təqdim edib.
Təqdimatdan sonra işçi qrupun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib, icra prosesinin səmərəliliyinin artırılması üçün tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib.
Qeyd edək ki, “Ekoloji məsələlər” üzrə işçi qrupda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yanaşı, İqtisadiyyat, Maliyyə, Elm və Təhsil, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Energetika nazirlikləri, həmçinin Dövlət Statistika Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, AMEA, “Təmiz şəhər” ASC, Dövlət Neft Şirkəti və AZAL-ın rəhbər şəxsləri təmsil olunurlar.
Ölkə üzrə 2025-ci il ərzində 800-dən artıq avtobusun yenilənməsi həyata keçirilib
Ermənistan vətəndaşlarının məhkəməsində daha 7 nəfər təqsirləndirilən şəxs müxtəlif müddətlərə azadlıqdan məhrum edilib
Fransa müstəmləkə ərazilərində yerli əhalini torpaqlarından çıxmağa məcbur edir