05 fevral 2026 20:04
82

Komandalarımızın Avropa çempionatındakı rəqibləri müəyyənləşib

Basketbol üzrə yeniyetmələrdən ibarət oğlan və qız milli komandalarımızın Avropa çempionatındakı rəqibləri müəyyənləşib.

“İki sahil” xəbər verir ki, U-18 qızlardan ibarət milli komandamız B divizionunda çıxış edəcək.

(31 iyul – 9 avqust, Rumıniya).

Millimizin A qrupundakı rəqibləri İslandiya, Portuqaliya, Rumıniya və Niderland yığmaları olacaq.

U-18 oğlanlardan ibarət milli komandamız B divizionunda mübarizə aparacaq

(24 iyul – 2 avqust, Xorvatiya).

Millimizin B qrupundakı rəqibləri Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliya yığmalarıdır.

U-20 qızlardan ibarət milli komandamız B divizionunda çıxış edəcək.

(4–12 iyul, Bolqarıstan).

Millimiz A qrupunda İrlandiya, Albaniya və Yunanıstan yığmaları ilə qarşılaşacaq.

U-20 oğlanlardan ibarət milli komandamız B divizionunda mübarizə aparacaq.

(10–19 iyul, Slovakiya).

Millimizin A qrupundakı rəqibləri İrlandiya, İsveç, Slovakiya və Şimali Makedoniya yığmaları olacaq.