06 fevral 2026 14:18
96

ABŞ nüvə silahlarına dair yeni müqavilə üçün ŞƏRTİNİ AÇIQLADI

ABŞ administrasiyası Rusiya ilə nüvə silahlarına nəzarət üzrə yeni müqavilənin taktiki nüvə silahlarını əhatə etməsini və Çinin də bu sənədə daxil edilməsini istəyir.

“İki sahil” xəbər verir ki, bu barədə TASS agentliyi ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Tomas Dinannonun açıqlamasına istinadla xəbər verir.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp yeni müqavilənin imzalanmasının tərəfdarıdır, çünki Strateji Hücum Silahlarının Azaldılması haqqında Müqavilə yetərincə mükəmməl olmayıb.

Bundan əvvəl Donald Tramp X sosial şəbəkəsində sənədi “pis razılaşdırılmış” və “ciddi şəkildə pozulan” sənəd adlandırmışdı. ABŞ prezidenti qeyd edib ki, köhnə müqavilənin uzadılması əvəzinə, gələcəkdə uzun müddət qüvvədə olacaq yeni sazişin hazırlanması üçün nüvə üzrə mütəxəssislərə imkan verilməlidir.

Strateji Hücum Silahlarının Azaldılması haqqında Müqavilənin müddəti 5 fevral tarixində başa çatıb.