06 fevral 2026 18:57
97

Rusiya Ukraynanın itkilərini açıqladı - 1444-cü gün

Rusiya müharibənin 1444-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 112 714 PUA-sı, 650 zenit-raket kompleksi, 27 522 tank və digər zirehli texnikası, 1 659 reaktiv yaylım atəş sistemi, 33 107 artilleriya və minaatanı, 53 786 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.