06 fevral 2026 20:17
409

Yeni sədr kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

“İki sahil” xəbər verir ki,  Prezidentin digər Sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli (AAYDA) İdarə Heyətinin sədri təyin edilib.

Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub.

2000-ci ildə Qafqaz Universitetinin İnzibati idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pillələrini bitirib.

2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, daha sonra isə müavini vəzifəsində çalışıb. Evlidir, iki övladı var.