07 fevral 2026 11:21
167

İtkin kimi axtarılan şəxslər tapıldı

Fevralın 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdikləri üçün itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, axtarış tədbirləri davamlı şəkildə həyata keçirilir.