Siyəzən rayonunda narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən əvvəllər məhkum olunmuş 40 yaşlı Ş.Bayramova həbs olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan “İki sahil”ə verilən məlumata görə, ondan 6 kiloqrama yaxın marixuana, külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin, həmçinin psixotrop tərkibli 120 ədəd preqabalin həbi maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İranın səfiri: Yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb
Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür