Hatayın (Türkiyə) Kırıxan rayonunda zeytun yağı qutularında gizlədilmiş 100.000 narkotik həbi tapılıb.
“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, 2 şübhəli həbs olunub.
Viloyat Polis İdarəsinin qrupları narkotik istifadəsinin və qaçaqmalçılığının qarşısını almaq üçün apardıqları işlərin bir hissəsi olaraq şübhəli bir nəqliyyat vasitəsini saxlayıblar.
Narkotika aşkarlama itinin köməyi ilə nəqliyyat vasitəsinə edilən axtarış zamanı zeytun yağı qutularında gizlədilmiş 100.000 narkotik həbi müsadirə edilib.
Polis bölməsindəki prosedurlardan sonra şübhəlilər məhkəmə binasına göndərilib və hakim tərəfindən həbs edilib.
Xatırladaq ki, bundan əvvəl Kapıkule Gömrük Mühafizəsi Qaçaqmalçılıq və Kəşfiyyat Şöbəsi Müdirliyi ilə koordinasiyalı şəkildə yük maşınında aparılan axtarışı nəticəsində 240 kq narkotik müsadirə edilmişdi.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Media: ABŞ-ın Tayvana silah satışı Donald Trampın Çinə səfərini qeyri-müəyyən edir