Sudanda Dubeykir bölgəsindən Şimali Kordofan əyalətinin ər-Rəhd şəhərinə köçkünləri daşıyan nəqliyyat vasitəsinin Çevik Dəstək Qüvvələri tərəfindən hədəfə alınması nəticəsində 24 nəfər, o cümlədən 8 uşaq və bir neçə qadın həlak olub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
“İki sahil” xəbər verir ki, “Sudan Həkimləri Şəbəkəsi”nin məlumatına görə, nəqliyyat vasitəsində Cənubi Kordofan əyalətindən qaçan məcburi köçkünlər olub və avtomobil ər-Rəhd şəhərinə çatarkən hücuma məruz qalıb.
Sudan üç ildir ki, ordu ilə Çevik Dəstək Qüvvələri arasında gedən müharibənin ağır nəticələrini yaşayır. Bu münaqişə on minlərlə insanın həlak olmasına, milyonlarla insanın didərgin düşməsinə gətirib çıxarıb, ölkənin səhiyyə və təhsil infrastrukturunun böyük hissəsini məhv edib.