07 fevral 2026 19:18
107

Zelenski: Bu müharibəni bitirməli olan məhz Rusiyadır

Bu müharibəni Ukrayna başlatmayıb və onu bitirməli olan məhz Rusiyadır.

“İki sahil” xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski Moskva ilə Kiyev arasında münaqişənin həlli üzrə danışıqlar komandasının hesabatından sonra öz "Telegram" kanalında yazıb.

"Ukraynaya nəticə lazımdır və sülhə nail olmağın ən mühüm əsaslarından biri təsirli təhlükəsizlik təminatlarıdır. Ukrayna bu müharibəni başlamayıb və onu bitirməli olan məhz Rusiyadır. Vacibdir ki, tərəfdaşlar bundan sonra da fəal olsunlar, bizimlə birlikdə sülh üçün çalışsınlar və bütün konstruktiv təklifləri təhlil etsinlər. ABŞ-yə kömək etməyə hazır olduqları üçün təşəkkür edirəm", – deyə paylaşımda qeyd olunub.

Zelenskinin sözlərinə görə, o, danışıqlar qrupu ilə gələcək dialoqun çərçivələrini və fəaliyyət qrafikini işləyib.

"Komanda ilə müharibənin başa çatması üçün vacib olan sənədlər üzərində işin vəziyyətini, həmçinin yaxın vaxtlarda ola biləcək yeni görüşləri müzakirə etdik. Hesab edirəm ki, daha çox irəliləyişə ehtiyac var", – deyə o vurğulayıb.