07 fevral 2026 19:34
103

İranın qərbində PJAK qruplaşmasının 11 üzvü saxlanılıb

İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin qərbində PJAK (PKK terror təşkilatının İran qolu) terror qruplaşmasının 11 üzvünü saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Mehrnews" məlumat yayıb.

Bildirilib ki, qruplaşma üzvləri Kirmanşahda saxlanılıb. Onların həbs olunduğu bildirilib, lakin əlavə məlumat verilməyib.