Pakistan təhlükəsizlik qüvvələri 30-dan çox insanın ölümünə səbəb olan İslamabad məscidinə hücumun təşkilatçısını həbs edib.
“İki sahil” “The News”a istinadən xəbər verir ki, əməliyyat zamanı onunla əlbir olan daha üç nəfər də saxlanılıb.
Məlumata görə, cinayətkarların tutulması əməliyyatı ölkənin şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində həyata keçirilib. Əməliyyat zamanı bir təhlükəsizlik işçisi həlak olub, daha üç nəfər isə yaralanıb.