Avropa İttifaqı (Aİ) 150 milyard avro məbləğində kreditin müddəti başa çatdıqdan sonra müdafiəyə əlavə maliyyələşdirmə cəlb etmək imkanlarını araşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb.
"Müzakirələr erkən mərhələdədir. Nəzərə almaq lazımdır ki, Avropa Komissiyası (AK) vəsaitləri hələ cari kreditləşdirmə proqramı ilə müəyyənləşdirir", - materiаlda qeyd olunub.
Bildirilib ki, vəsaitlər bu yazda başa çatandan sonra AK prosesi qiymətləndirəcək və potensial olaraq ikinci kreditləşdirmə proqramını əhatə edən daha bir maliyyələşdirmə raundunun keçirilməsi imkanını nəzərdən keçirəcək.
"Bu danışıqlar Aİ-nin yerli müdafiə istehsalını sürətlə artırmaq istəyini, həmçinin ABŞ Prezidenti Donald Trampın Avropadakı təhlükəsizlik öhdəliklərini azaltmaq arzusunu əks etdirir", - materiаlda vurğulanıb.
Aİ səfirləri AK-nın təklif etdiyi SAFE kreditləşdirmə proqramını 21 may 2025-ci ildə razılaşdırıblar. 150 milyard avro dəyərində Aİ Fondu uzunmüddətli kreditlər vasitəsilə hərbi sənayeyə investisiyaları təmin etməyə yönəlib.