ABŞ-nin Kaliforniya ştatında dörd nəfər solğun amanita adlı zəhərli göbələk yedikdən sonra ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" yerli hökumət orqanlarına istinadən məlumat yayıb.
Bundan başqa, üç nəfərin qaraciyər transplantasiyasına ehtiyacı yaranıb.
Agentliyin məlumatına görə, noyabrın ortalarından bəri ştatda göbələkdən otuz nəfər zəhərlənib, dörd ölüm qeydə alınıb.