08 fevral 2026 11:37
111

Rusiyanın itkiləri açıqlandı - 1446-cı gün

Ukrayna müharibənin 1446-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 246 330 hərbçi, 11 651 ədəd tank, 24 010 ədəd zirehli döyüş maşını, 37 044 ədəd artilleriya sistemi, 1 637 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 295 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 77 439 ədəd avtomobil texnikası, 127 549 ədəd PUA, 4 269 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 069 xüsusi avadanlıq itirib.