Sudanda köçkün ailələrini daşıyan avtomobilə pilotsuz təyyarənin zərbəsi nəticəsində azı 24 nəfər həlak olub.
“İki sahil” xarici mediaya istinadən xəbər verir ki, hücum Şimali Kordofan əyalətindəki Ər-Rəhad şəhəri yaxınlığında Çevik Reaksiya Qüvvələri (ÇRQ) tərəfindən həyata keçirilib.
Bəzi ölkələr hücumla bağlı Sudan hökumətinə başsağlığı verib.
Xatırladaq ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində gərginləşib. Buna səbəb Suveren Şuraya (müvəqqəti idarəetmə orqanı) rəhbərlik edən Əbdül Fəttah əl-Burhanla ÇRQ-nin komandanı Məhəmməd Həmdan Daqalo arasında ziddiyyətlərin yaranmasıdır. Xartumda başlayan toqquşmalar ölkənin başqa bölgələrinə də yayılıb.
Ekspertlərin fikrincə, münaqişə nəticəsində azı 40 min nəfər ölüb, 14 milyon insan evlərini tərk etməli olub.