08 fevral 2026 17:00
112

İtaliyada qar uçqunu nəticəsində üç xizəkçi həlak olub

Azı üç nəfər İtaliyada Olimpiya Oyunlarının keçirildiyi yerlərə yaxın ərazidə hazırlanmış traslardan kənarda xizək sürərkən qar uçqunu nəticəsində həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Daily Mail" qəzeti xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə Alp dağlarının Dolomit yüksəkliklərinə aid Marmolada buzlağında baş verib. Qeyd edilir ki, qadınlar arasında dağ xizəyi yarışlarının keçirildiyi Kortina-d'Ampesso şəhəri ölüm qeydə alınan ərazinin yaxınlığında yerləşir.

Daha iki nəfər kişilər arasında dağ xizəyi yarışlarının keçirildiyi Bormio şəhərindən təxminən 65 km məsafədə yerləşən Albozaca kəndində eniş zamanı həlak olub.