08 fevral 2026 18:56
104

Səudiyyə Ərəbistanı Suriyadakı layihələri üçün “İlaf” İnvestisiya Fondu yaradıb

Suriyada iri layihələrə investisiya üçün Səudiyyə Ərəbistanı tərəfindən “İlaf” İnvestisiya Fondu yaradılıb. Fond Hələb şəhərinin köhnə və yeni hava limanlarının bir neçə investisiya mərhələsi üzrə inkişafına nəzarət edəcək. Bu layihələrin ümumi investisiya dəyəri 7,5 milyard rial (2 milyard ABŞ dollarına yaxın) təşkil edir.

“İki sahil” Suriya mediasına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı və Suriya bankları arasında pul köçürmə kanallarının aktivləşdirilməsi də nəzərdə tutulur.

Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih dünən Dəməşqdə biznes forumda çıxışında bildirib ki, Suriya ilə ümumi dəyəri 40 milyard rialdan çox olan 80 saziş və əməkdaşlıq memorandumu imzalanıb.