Suriyanın bir sıra şimal-qərb əyalətlərində, xüsusən də Latakiya, İdlib və Hama əyalətlərində şiddətli yağışlar daşqınlara səbəb olub.
“İki sahil” "SANA"ya istinadən xəbər verir ki, hadisə nəticəsində yerli humanitar təşkilatın könüllülərindən biri və iki uşaq olmaqla üç nəfər həlak olub.
"Suriya Qızıl Aypara Cəmiyyətinin könüllüsü Latakiyanın kənd yerlərində xilasetmə işləri apararkən həlak olub, daha dörd nəfər yaralanıb", - deyə açıqlamada bildirilib.
Bir gün əvvəl Latakiyanın şimalındakı Ayn-İssa rayonunda iki uşağın öldüyü bildirilib. Onlarla ailə də təsirlənmiş ərazilərdən təxliyə edilib.
Rusiya və Oman İran və ABŞ arasında danışıqların davam etdirilməsini istəyirlər
Andrey Sibiqa: Zelenski və Putin mürəkkəb məsələləri razılaşdırmaq üçün şəxsən görüşməlidirlər
Yaponiyanın Baş naziri Sanae Takaiçinin partiyası parlamentdə çoxluğu təmin edib